Rusiya ABŞ təyyarələrini vuracağını deyir 07 Oktyabr 2016 01:00 Dünya Rusiyanın Müdafiə Nazirliyi xəbərdarlıq edib, Suriya qüvvələrinə hücum edən ABŞ təyyarələrini vuracaqlarını deyir. Bu, son vaxtlar Rusiya tərəfdən səslənən ən sərt və ən kobud xəbərdarlıqdır. Suriyada atəşkəs pozulduğundan, Rusiya və Suriya qüvvələri Hələbi bombalayandan sonra ABŞ Rusiya ilə danışıqlardan çıxdığını elan edib. Buna baxmayaraq, Rusiya Suriyaya əlavə hərbi hava qüvvələri, uzaqmənzilli silahlar yerləşdirməkdədir. «The Washington Post»un oktyabrın 4-də yaydığı məlumata görə, bu həftənin sonu ABŞ administrasiyası Suriyaya hava hücumlarıyla bağlı variantları gözdən keçirməyə hazırlaşır. Bəzi ABŞ rəsmiləri Suriya və Rusiyanın hava əməliyyatlarına cavab olaraq Suriya dövlət qurumlarını, təyyarələrin eniş zolağını bombalamağı, Suriyadakı qiyamçıları uzaqmənzilli silahlarla təmin etməyi məsləhət görürlər. (azadlırradiosu) / Teqlər : #Rusiya ABŞ təyyarələrini vuracağını deyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Təzyiqlər nigeriyalı şiələrin əzadarlıq etməsinə mane ola bilmədi - FOTO Bişkekdə qeyri-adi marş - inanclı qadın dostluğa əngəl deyil!
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO