Rusiya alimləri naqilsiz şarj qurğusu yaradırlar

Rusiya alimləri naqilsiz şarj qurğusu yaradırlar

Rusiyada iki metr uzaqlıqdan telefonun batareyasını şarj etməyə imkan verən qurğu yaradılır.
 
Maide.Az "Sputnik"ə istinadla bildirir ki, qurğunun sənaye istehsalına iki ildən sonra başlanacaq.
 
Elektron qurğular üçün naqilsiz şarj alətləri çoxdan bazarlarda satılır. Ancaq onların bir əmması var ki, gərək qadcetin yanında olsunlar. Elektriki onlar qurğunun içində quraşdırılan dolaqdan maqnit induksiyası vasitəsilə smartfonda yerləşən digər dolağa ötürür. 
 
"WIPOT" adlı layihənin rəhbəri Mixail Komarov deyib ki, mütəxəssislər dolaqların tezlikləri arasında yaranan maqnit rezonansını işə salaraq səmərəli iş sahəsini artırıblar. Alimlərin yeni icadı hətta telefonu cibdən çıxarmadan belə şarj etməyə imkan yaradacaq.
 
Onun radiusu iki m olacaq. Faydalı iş əmsalı isə analoqlarınınkına bərabər olacaq - 30%. Mütəxəssislər deyirlər ki, qurğu insan səhhətinə zərər verməyəcək, çünki müasir elektron cihazların işlətdiyi dalğa diapazonunda işləyəcək. Enerji ötürülməsinin gücü bir neçə qadceti - smartfon, naqilsiz qulaqcıqlar, saat və s. - elektriklə təmin etməyə yetəcək.
 
Qurğunun prototiplərini alimlər test mərhələsindən keçirirlər.

Google+ WhatsApp ok.ru