Rusiya Almaniyadan 4 trilyon avro tələb edir

Rusiya Dövlət Duması Almaniyadan SSRİ-yə vurduğu ziyana görə 4 milyard avro tələb etmək qərarına gəlib.
 
Artıq bununla bağlı xüsusi işçi qrupu yaradılıb. Rusiyalı deputatlar Almaniyanın məsələ ilə bağlı ikili standartlar tətbiq etdiyini deyir. Duma üzvləri iddia edirlər ki, Almaniya SSRİ-yə vurduğu ziyana görə, heç bir təzminat ödəməyib. Lakin Holokostda ölən 6 milyon insan üçün kompensasiya verib. Almaniya SSRİ-də öldürülən 27 milyon insanı unudur. Bu səbəbdən də Almaniya SSRİ-yə vurduğu ziyana görə ən azı 3-4 trilyon avro ödəməlidir.

Google+ WhatsApp ok.ru