Rusiyada 1 həftədə 2 deputat öldürülüb

Maide.az xəbər verir ki, Rusiya Federasiyası Kabarda-Balkar Respublikası parlamentinin deputatı Xadis Bottayev bu gün səhər qətlə yetirilib.
 
Hüquq-mühafizə orqanlarından olan mənbə onun evində güllələndiyini bildirib.
 
Hadisənin təfərrüatları hələlik məlum deyil.
 
Xatırladaq ki, deputat Respublika klinik xəstəxanasının baş həkimidir.
 
Qeyd edək ki, ötən həftə də bir qadın deputat qısqanclıq zəminində əri tərəfindən öldürülmüşdü.

Google+ WhatsApp ok.ru