Rusiyada 2 Azərbaycan vətəndaşı öldürülüb 07 Mart 2017 02:00 Hadisə Rusiyanın Krasnodar şəhərində 2 Azərbaycan vətəndaşı öldürülüb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Krasnodar şəhərinin mərkəzindəki çoxmərtəbəli binanın liftində baş verib. “Liftdə başlarından güllə yarası almış 2 Azərbaycan vətəndaşının cəsədi aşkar olunub. Onlardan birinin 1964-cü il təvəllüdlü olduğu bildirilir”- deyə yerli prokurorluqdan məlumat verilib. Qeyd olunur ki, azərbaycanlılar Moskva və digər iri şəhərlərdən mal alaraq Krasnodarda yerli biznesmenlərə satıb. Hadisə baş verən zaman onların üzərində külli miqdarda pulun olduğu ehtimal olunur. / Teqlər : #Rusiyada 2 Azərbaycan vətəndaşı öldürülüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dəm qazı bir ailədən üç can aldı Yol qəzalarında 3 nəfər ölüb