Rusiyada 5,2 bal, Gürcüstanda 3,7 bal gücündə zəlzələ olub

Rusiyada 5,2 bal, Gürcüstanda 3,7 bal gücündə zəlzələ olub

Rusiyada, Kamçatka vilayətinin şərqində 5,2 bal gücündə zəlzələ baş verib.
 
"Maide" xəbər verir ki, yeraltı təkanların episentri Petropavlosk-Kamçatskdan 305 kilometr aralıda, ocağı isə 61 kilometr dərinlikdə yerləşib.
 
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.
 
Həmçinin Gürcüstanın Çalkski rayonunda 3,7 bal gücündə zəlzələ baş verib.
 
Yeraltı təkanların episentri Tbilisidən 59 kilometr aralıda yerləşib.
 
Xəbərdə deyilir ki, bu zəlzələnin ardınca daha 2 təkan olub. Onlardan biri 3 bal gücündə, digəri isə 2,9 bal gücündə olub.
 
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir. (trend) 
 

 

Google+ WhatsApp ok.ru