Rusiyada 7,6 bal gücündə zəlzələ - Sunami təhlükəsi var

Rusiyada 7,6 bal gücündə zəlzələ - Sunami təhlükəsi var

Rusiyanın Saxalin vilayətində Rixter cədvəli ilə 7,6 bal gücündə zəlzələ baş verib.
 
Yeraltı təkanlarla əlaqədar sunami həyəcanı elan olunub.
 
Severo-Kurilsk şəhərində 400-ə yaxın sakin təxliyə olunub. Bəzi tikililərdə dağıntılar qeydə alınıb.
 
Son məlumatlara əsasən, sunaminin bir neçə dalğası sahilə vurub. Onun ilkin hündürlüyü 50 santimetr olub. Növbəti dalğaların qısa müddətdə yaxınlaşması gözlənilir. /Trend
 

Google+ WhatsApp ok.ru