Rusiyada azərbaycanlılar banklara silahlı basqın ediblər 28 Fevral 2015 02:00 Hadisə Moskvada banklara üç silahlı basqın hadisəsi baş verib. Canilər yarım milyon rubl oğurlayıblar. Quldurluqla məşğul olan dəstə artıq yaxalanıb. Volqoqrad vilayəti sakinləri və Azərbaycan əsilli şəxslər tapança və bıçaqdan istifadə edərək kredit-maliyyə müəssisələrinə basqın ediblər. Onlar əvvəlcə xəzinəni açmağı tələb ediblər, sonra isə nağd pulları götürərək avtomobil ilə hadisə yerindən uzaqlaşıblar. Yekunda, elə maşın onların yerini bəlli edib. "Əməliyyat-axtarış tədbirləri zamanı, Moskva Cinayət Axtarış İdarəsinin 18-ci bölməsinin xəfiyyələri, İzmaylovski şosesində yerləşən 57 saylı evin qarşısında cinayətkarların yararlandıqları avtomobili aşkar ediblər. Baxış zamanı maşının salonundan qaz və pnevmatik tapançalar aşkar edilib", - deyə bölmənin mətbuat katibi Marqarita Maslova bildirib. Hazırda saxlanılan şəxslərin digər silahlı basqınlarda iştirakı yoxlanılır. Teqlər : #Rusiyada azərbaycanlılar banklara silahlı basqın ediblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda oğrular müəllimlər otağından ayaqyolu kimi istifadə etdilər FHN Xəzər rayonunda baş verən yanğınla bağlı məlumat yayıb