Rusiyada ev yanıb, 3-ü uşaq olmaqla 5 nəfər ölüb

Rusiyada ev yanıb, 3-ü uşaq olmaqla 5 nəfər ölüb

Rusiyanın Leninqrad vilayətində fərdi evdə yanğın baş verib.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Ulyanovka qəsəbəsində qeydə alınıb.
 
Yanğın söndürüldükdən sonra hadisə yerində bir kişi, bir qadın, habelə 5, 10 və 12 yaşlı  üç uşağın yanmış meyiti aşkarlanıb.
 
Yanğının səbəbləri araşdırılır.
 

 

Google+ WhatsApp ok.ru