Rusiyada jurnalist qətlə yetirilib

Rusiyada jurnalist qətlə yetirilib

Rusiyanın Nijni Novqorod şəhərində 27 yaşlı  jurnalist Denis Suvorov qətlə yetirilib.
 
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, İstintaq Komitəsinin məlumatına əsasən, üzərində müxtəlif xəsarətlər olan meyit iyulun 24-də “Kazanskaya naberejnaya” adlanan ərazidə aşkarlanıb.   
 
Fakt üzrə “qətl” maddəsi üzrə cinayət işi başlanıb, birgə istintaq-əməliyyat qrupu yaradılıb.   
 
Hadisənin təfərrüatları müəyyənləşdirilir.   
 
“Nijni Novqorod” Dövlət Teleradio Şirkətinin əməkdaşı Suvorov “Vesti-Povolje” və digər verilişlərin aparıcısı, həmçinin teleşirkətin saytının redaktoru olub.   
 

Google+ WhatsApp ok.ru