Rusiyada kafedə zəhərlənənlərin sayı 150 nəfərə çatıb

Rusiyada kafedə zəhərlənənlərin sayı 150 nəfərə çatıb

-- Onlardan 64 nəfərinin vəziyyəti ağırdır.

Rusiyanın Buryatiya respublikasının Ulan-Ude şəhərində kütləvi zəhərlənmə olub.
 
Maide.Az "APA"-ya istinadən xəbər verir ki.  şəhərdə yerləşən “Şulon do” kafesində bir gündə 150 nəfər zəhərlənib. 
 
Onlardan 64 nəfərinin vəziyyəti ağırdır. Hazırda kafe bağlanıb.
 
İlkin məlumata görə, kafedə zəhərlənənlərin hamısı orada sezar salatı yeyib. Faktla bağlı cinayət işi qaldırılıb.

Google+ WhatsApp ok.ru