Rusiyadakı daşqında ölənlərin sayı 23-ə çatıb

Rusiyadakı daşqında ölənlərin sayı 23-ə çatıb

Rusiya rəsmiləri İrkutskda daşqında ölənlərin sayının 23-ə çatdığını bildirir.
 
İyulun 8-də verilən məlumata görə, 8 nəfər itkin sayılır.
 
Rusiyanın Sibir regionundakı İrkutsk vilayətində iyunun sonunda baş vermiş daşqında itkin düşmüş 30 nəfər xilas edilib.
 
Regional hökumətin iyulun 7-də bildirməsinə görə, 11 nəfər hələ də itkindir. Daşqın 22 nəfərin həyatına son qoyub.
 
Xilas olunanların durumu barədə məlumat verilmir.
 
Daşqın 107 yaşayış mərkəzinə təsir göstərib, 10 mindən çox evə su dolub, 33 minədək adam evindən didərgin düşüb.
 
Rəsmilər təmizləmə işlərinin davam etdiyini bildirib.
 
İlkin hesablamalara görə, daşqınının vurduğu ziyan 29 milyard rubldur (454 milyon dollar). /azadliq.org /
 

Google+ WhatsApp ok.ru