Rusiyada məsciddə ‘Kim? Nə? Harada?’ viktorinası keçirildi - FOTO

Rusiyada məsciddə ‘Kim? Nə? Harada?’ viktorinası keçirildi - FOTO

Rusiyanın Penza vilayətinin Orta Yelyuzan kəndində yerləşən “Əbu Hənifə” məscidində “Kim? Nə? Harada?” intellektual viktorinası keçirilib.
 
Maide.Az "Oxu.Az"a istinadən xəbər verir ki, yarışda dörd kənd məscidindən olan komandalar: “Nur”, “İxlas”, “İman” və “İhsan” yarışıb.
 
Oynanılan suallar dini mövzularla yanaşı, biznes, coğrafiya və digər elmi sahələrə aid olub.
 
Yarışın nəticələrinə görə, “Nur” komandası birinci yeri tutub.
 
 

Google+ WhatsApp ok.ru