Rusiyada  İmam Əlinin (ə) doğum günü qeyd olunub - FOTO

Rusiyada İmam Əlinin (ə) doğum günü qeyd olunub - FOTO

-- Ulyanovsk şəhərində

Rusiyanın Ulyanovsk şəhərində  Kəbə mövludu İmam Əlinin (ə) doğum günü qeyd olunub. 
 
Maide.Az xəbər verir ki, Ulyanvsk şəhərində yaşayan Əhli-beyt (ə) ardıcıllarının iştirakı keçirilən tədbirdə ilk öncə Quran tilavət olunub. 
 
Daha sonra tədbirdə çıxış edənlər İmam Əli (ə) haqqında qonaqları məlumatlandırıb, onun həyat yolundan, İmamlıq fəaliyyətindən, İslam tarixindəki mövqeyindən danışıblar.
 
Çıxış edən ruhani Kərbəlayi Azad İmam Əlinin (ə) mövlud gününün İslam dünyasında xilas bayramı, mərdlik və ərlik bayramı olduğunu diqqətə çatdırıb.
 
Tədbirdə səsləndirilən İmam Əlinin (ə) şəninə həsr olunmuş ilahilər və şeirlər möminlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. 
 
Tədbir fərəc duasının oxunuşu ilə başa çatıb.  Mövlud münasibətilə ehsan süfrəsi açılıb.
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru