Rusiyada müsəlman şəhərciyi salınacaq

Rusiyanın tərkibində olan Başqırdıstan Respublikasının paytaxtı Ufada "Müslim Sity" inşa olunacaq.
 
Deyerler.org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, paytaxt Ufada müsəlman şəhərciyinin və otelin inşa edilməsi planlaşdırılır. Bu şəhərçik hal-hazırda inşa olunan cümə məscidinin yaxınlığında salınacaq. Yaşayış kompleksi 4-16 mərtəbəli binalardan ibarət olacaq. Bu kompleksdə, uşaq bağçaları, ofis binaları, idman meydançaları və halal otel inşa olunacaq. /
 

Google+ WhatsApp ok.ru