Rusiyadan Amerikaya sərt xəbərdarlıq

Rusiya  Amerikaya xəbərdarlıq edib ki, Suriyada atəşkəsi pozanlara qarşı hərbi gücdən istifadə olunacaq. 
 
Maide.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Sergey Rudskoy bu gün bildirib ki, atəş kəsi pozanlara qarşı Amerika reaksiya verməsədə Rusiya özü güc tətbiq edəcək. 
 
Rudskoy deyib ki, Rusiya ABŞ nümayəndə heyəti ilə dərhal Moskvada və ya tərəflər üçün məqbul sayılan hər hansı bir yerdə görüşməyə hazırdır.  O Rusiyanın həmçinin təklif olunan sənəd üzərində işi başa çatdırmağa hazır olduğunu bildirib. /
 

Google+ WhatsApp ok.ru