Rusiyadan İrana lüks turist qatarı gedəcək 04 Noyabr 2016 02:00 Dünya Rusiya dəmir yolları noyabrın 11-də Moskvadan İrana lüks turist qatarı göndərəcək. Maide.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskvadan Tehrana gedəcək turun qiyməti adam başına təxminən 20 min avro təşkil edir. Bu səyahətə müxtəlif ölkələrdən o cümlədən Böyük Britaniya, İspaniya, ABŞ, Avstraliya, Kanada, CAR və digər ölkələrin 40 turist qatılacaq. Səyahət 18 gün davam edəcək. "Qızıl qartal" adlı heyət Rusiyanın Kazan vağzalından yola düşəcək və Qazaxıstan, Özbəkistan və Türkmənistan ərazisindən keçəcək. Tur çərçivəsində Qazaxıstanın Baykonur aerokosmik stansiyasını görmək mümkün olacaq. Səfər Tehranda başa çatacaq. İran paytaxtında turistlər beşulduzlu otellərdə iki gecə qalacaqlar. Qeyd edək ki, 2017-ci il üçün iki Moskva və Tehran arasında iki tur təşkil olunacaq. Mart ayında qatar Moskvadan Tehrana gedəcək, noyabr ayında isə Tehrandan Moskvaya hərəkət edəcək. Teqlər : #Rusiyadan İrana lüks turist qatarı gedəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru HDP-lilər niyə həbs olunub? - Dəmirtaşa qarşı 20 ittiham İran Türkiyəyə elektrik enerjisi ixracatını dayandırdı: SƏBƏB
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO