Rusiyadan Türkiyəyə qadağa ilə bağlı - Qərar 22 Mart 2017 02:00 Dünya Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti ("Rosselxoznadzor") Türkiyədən məhsul idxalına qoyulan mövcud qadağanı aradan qaldırmağı planlaşdırmır. Report xəbər verir ki, bu barədə idarənin mətbuat katibi Yuliya Melano məlumat verib. "Rosselxoznadzor" Türkiyə məhsullarının idxalı ilə bağlı qüvvədə olan məhdudiyyətin götürülməsi imkanlarını nəzərdən keçirmir", — deyə mətbuat katibi "İzvestiya" qəzetinə bildirib. Kənd Təsərrüfatı Nazirliyindən isə qeyd ediblər ki, Türkiyə meyvə-tərəvəz məhsullarının Rusiya bazarına tədarükünə qoyulan qadağanın tam və ya qismən ləğv edilməsi məsələsi Ankaranın Rusiya məhsullarına qoyduğu məhdudiyyətləri aradan qaldırması ilə bir müzakirə olunmalıdır. Teqlər : #Rusiyadan Türkiyəyə qadağa ilə bağlı Qərar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru NATO liderləri mayın 25-də Brüsseldə yığışacaq UNİCEF: Dünyada yaranan su qıtlığı 600 milyon uşağı ciddi təhlükə qarşısında qoyub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO