Rusiyadan Xəzərdə birgə ordu yaratmaq anonsu 14 Avqust 2015 01:00 Dünya Xəbər verildiyi kimi, Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı Viktor Çirkov müştərək ordu yaratmaq təklifiylə çıxış edib. V.Çirkov “Xəzəryanı dövlətlərin Hərbi Dəniz Donanması və Hərbi Dəniz Qüvvələri komandanları komitəsi yaratmaq barədə müzakirələrin aparılacağının anonsunu verib. O, ilin sonuna qədər Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələri və hərbi donanma qüvvələrinin komandanları komitəsinin yaradılmasının müzakirə olunacağını söyləyib. Viktor Çirkov 2015-ci ilin iyulunda Azərbaycan, Qazaxıstan və Iranla Rusiya arasında Xəzər hövzəsində kollektiv təhlükəsizlik tədbirləri barədə konsultasiyaların başlandığını deyib. Görəsən, birgə ordu yaratmaq ideyası nə qədər real ola bilər? Xatırladaq ki, ötən il Həştərxan sammitində beş Xəzəryanı ölkənin rəhbərləri regionda hərbi fəaliyyətin bütün Xəzəryanı dövlətlərin bərabər təhlükəsizliyi şəraitində həyata keçirilməli olduğunu bəyan etmişdilər. Onlar həmçinin “tərəflərə məxsus olmayan silahlı qüvvələrin Xəzərdə iştirakına yol verilməməsi” prinsipini də təsdiqləmişdilər. Politoloq Hikmət Hacızadə hesab edir ki, birgə ordu yaratmaq ideyası hazırda real ola bilməz. Bununla belə, rusların planlarının geniş olduğunu diqqətə çatdıran Hikmət bəy, Rusiyanın Avrasiya İttifaqı yaratmaq istədiyini, daha sonra isə konfederativ bir dövlət yaratmaq məqsədinin olduğunu söyləyir: “Bir sözlə, Rusiya keçmiş SSRI-ni bərpa etmək istəyir. O zaman Rusiyanın yaratmaq istədiyi konfederativ qurumun silahlı qüvvələri də olmalıdır. Bu ideya da ona hesablanıb”. Teqlər : #Rusiyadan Xəzərdə birgə ordu yaratmaq anonsu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Demokratlardan İran sazişinə dəstək gəldi ABŞ: İŞİD kürdlərə qarşı kimyəvi silahlardan istifadə edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO