Rusiyada on İŞİD üzvü öldürülüb

Rusiya hüquq-mühafizə orqanlarının noyabrın 22-də Kabarda-Balkar Respublikasının Nalçik şəhəri yaxınlığında keçirdiyi xüsusi əməliyyat nəticəsində 10 silahlı öldürülüb.
 
APA-nın “Rossiyskaya qazeta”ya istinadın verdiyi məlumata görə, öldürülənlər “İslam Dövləti” (İŞİD) terror təşkilatının üzvləridir.
 
Onların kimliyi müəyyənləşdirilir.
 
Xəbər verilir ki, noyabrın 22-də səhər saatlarında Nalçik şəhəri yaxınlığında meşə massivində silahlı şəxslər aşkar olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları atışma zamanı 10 İŞİD-çini məhv ediblər.    
 
Rusiya Milli Antiterror Komitəsi əməliyyatın davam etdiyini açıqlayıb.
 
Qeyd edək ki, noyabrın 10-da Nalçikdə İŞİD-in yerli özəyinin başçısı Robert Zankişiyev hüquq-mühafizə orqanları tərəfindən öldürülüb.  /

Google+ WhatsApp ok.ru