Rusiyada Qəzzaya yardım məqsədilə vəsait toplanır

“Həmrəylik” fondu İsrail rejiminin təcavüzünə məruz qalan Qəzza sakinlərinə yardım göstərilməsi məqsədilə vəsaitin toplanmasını davam etdirir

Maide.az-ın İnterAz-a istinadən məlumatına görə, Moskvada fəaliyyət göstərən “Həmrəylik” xeyriyyə fondu tərəfindən İsrail rejiminin təcavüzünə məruz qalan Qəzza sakinlərinə yardım göstərilməsi məqsədilə vəsaitin toplanması davam etdirilir.

Fondun məlumatında deyilir ki, İsrail rejimi tərəfindən mühasirəyə alınmış və məqsədyönlü şəkildə məhv edilən Qəzza sektorunun sakinləri artıq 15 gündür ki, İsrailin kütləvi bombardmanına məruz qalıb. Sionist təcavüzünün qurbanlarının sayı artıq 600-ü ötüb, 3 minə yaxın insan yaralanıb. Tək bazar ertəsi günü 100-ə yaxın fələstinli həlak olub. Sionist rejimin təcavüzü nəticəsində dinc sakinlər, uşaqlar, qadınlar və qocalar amansızcasına qətlə yetirilir.

Artıq Qəzza sakinlərinə lazımi tibbi ləvazimatın alınıb çatdırılması üçün zəruri olan vəsaiti SMS vasitəsilə də ötürmək mümkündür.

SMS-lə yardımın göstərilməsini nəzərdə tutan xidmətindən Rusiyanın iri mobil operatorları – “MTS”, “Bilayn” və “Meqafon” abunəçiləri istifadə edə bilərlər.

Qəzza sakinlərinə kömək etmək istəyənlər öz mobil telefonlarından “5601” qısa nömrəyə məbləği rəqəmlə göstərməklə SMS göndərməlidirlər. İanənin maksimal məbləği mobil operatordan asılı olaraq 5 min rubldan 14999 rubla qədərdir. Cavab olaraq SMS gələcək və cavab SMS-də “1” rəqəminin göndərilməsi xahiş olunacaq. Sonra aşağıdakı mətndən ibarət yeni SMS gələcək: “Təşəkkür edirik! Sizin ianəniz yer üzündə ağrını azaltdı. “Həmrəylik” fondu”. Bundan sonra abunəçiyə daha bir SMS gələcək və ianənin köçürülməsi üçün onun da təsdiq edilməsi vacibdir.

 

Google+ WhatsApp ok.ru