Rusiyada yerlilərinə qənim kəsilən azərbaycanlılar mühakimə edildi

Novosibirsk vilayət məhkəməsi mütəşəkkil cinayətkar qrupa daxil olan doqquz Azərbaycan vətəndaşı barədə hökm çıxarıb.
 
Onlar 2010-2011-ci illərdə Novosibirsk ərazisində yaşayan öz həmvətənlərindən zorla pul alıblar.
 
Bundan başqa, azərbaycanlılar biznesmenlərin pul almaq məqsədilə oğurlanmasında və beş nəfəri qətlə yetirmək niyyətində olduqlarına görə ittiham ediliblər. Cinayətkarlıq fəaliyyətində müxtəlif vaxtlarda onların qarətinə məruz qalan təsadüfi yoldan keçən piyada və “Kurı-qril” köşkünün satıcısı yaralanıb.
 
Qeyd edək ki, ittiham edilənlərdən biri Kənan Cəlilov aldığı kəllə-beyin travmasına görə, cəzadan azad edilərək, icbari müalicəyə göndərilib.
 
Xəbər verildiyi kimi Kənan Cəlilov Novosibirskdə təcridxanada döyülüb. Məlumata əsasən bunda istintaq təcridxanasınınn rəisinin keçmiş müavini Vasili Nabok və sabiq rəis Ruslan Robakidzenin əli var. V.Nabok K.Cəlilovun yerləşdiyi kameraya ona yaxın məhbusu salaraq onu döydürüb.
 
Baş verən hadisədən sonra V.Nabok və R.Robakidze vəzifələrindən azad edilərək, vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə açılan cinayət işinin fiqurantlarına çevriliblər.(oxu.az)

Google+ WhatsApp ok.ru