Rusiyada yol qəzasında altı nəfər ölüb

Rusiyada yol qəzasında altı nəfər ölüb

Rusiyada ağır yol qəzası nəticəsində 6 nəfər ölüb.
 
APA-nın “İnterfaks"a istinadən verdiyi məlumata görə, hadisə Saratov vilayətinin Petrovsk rayonunda baş verib.
 
Yerli vaxtla saat 05:00 radələrində Nijni-Novqorod-Saratov yolunun Tarumovka kəndi ərazisindən keçən hissəsində “Nissan” və KİA markalı avtomobillər toqquşub.
 
Polisin məlumatına görə, qəzaya KİA-nın yolun əks istiqamətinə çıxması səbəb olub.
 
Toqquşma nəticəsində hər iki maşının sürücüsü və KİA-da olan dörd sərnişin ölüb.
 
Qeyd edək ki, biri uşaq olmaqla, 12 nəfər bu il yanvarın 15-də və fevralın 11-də Saratov vilayətində baş verən yol qəzalarının qurbanı olmuşdu. /

Google+ WhatsApp ok.ru