Rusiya Ermənistana hansı silahları göndərəcək?

İyunun 26-da məlum olub ki, Rusiya Ermənistana müasir silah almaq üçün 200 mln. dollar məbləğində güzəştli kredit verəcək. Bu barədə Ermənistan prezidenti Serj Sarkisyanla RF nəqliyyat naziri, Ermənistan-Rusiya komissiyasının  həmsədri Maksim Sokolovun rəhbərliyilə nümayəndə heyətinin Yerevan görüşündən sonra məlum olub. “Saziş Ermənistan Silahlı Qüvvələrinin arsenalında müasir silahların çeşidinin xeyli genişləndirilməsinə imkan verəcək”, - məlumatda deyilir.
 
Maide.az-ın məlumatına görə, Rusiyadakı qeyri-rəsmi mənbələrdən Turan-a məlum olub ki, Moskva və Yerevan arasında hərbi-texniki əməkdaşlığın indiki mərhələsi hazırda regionda Azərbaycanın xeyrinə olan qüvvələr balansının bərabərləşdirilməsi məqsədilə kompleks təcili tədbirləri nəzərdə tutur.
 
Belə ki, strateji məsələləri effektiv həll etməyə qadir olan silahların tədarükü nəzərdə tutulur: hərbi əməliyyatlar zonasında hava hücumundan müdafiənin təminatı, xüsusi mobil bölmələrin yaradılması və s.
 
Bu cür texniki məsələrin həlli və təminatı üçün Ermənistana “Pansır-C” zenit raket – top kompleksi, “Tiqr” zirehli maşınları, ZTR-80, rabitə vasitələri, tank əleyhinə raket kompleksi, daşınan zenit-raket kompleksi və s. göndərilməsi planlaşdırılır.
 
Əldə olunan məlumatlara görə, bu silahların bir hissəsi artıq göndərilib.

Google+ WhatsApp ok.ru