Rusiya Ermənistana vertolyotlar göndərdi 08 Dekabr 2015 02:00 Hərb Rusiya Ermənistanın Cənub Hərbi Dairəsinin (CHD) Erebunidəki hərbi bazasına yeddi ədəd müasir hücum vertolyotu Mi-24p və nəqliyyat vertolyotu Mi-8Mt göndərib. Maide.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. İlin sonuna qədər helikopterlərin növbəti partiyası göndəriləcək. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, İrəvanda yerləşən Rusiya CHD aviabazası 1995-ci ildə yaradılıb. 1998-ci ilin noyabrında Rusiya bazaya MiQ-29 çoxhədəfli qırıcılarını yerləşdirib. 2001-ci ilin iyulunda isə Erebunidə yerləşən hərbi hissələrdən aviasiya bazası yaradılıb. Bu baza Gümrüdə yerləşən 102-ci hərbi bazasının hava komponenti kimi fəaliyyət göstərir. Teqlər : #Rusiya Ermənistana vertolyotlar göndərdi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Ordusu düşmənin sığınacağını məhv edib - VİDEO BQXK əməkdaşları erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'