Rusiya FTX İŞİD-ə qoşulmaq üçün Suriyaya gedən azərbaycanlı haqqında məlumat yayıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) İŞİD terror təşkilatına qoşulmaq üçün Suriyaya gedən azərbaycanlı haqqında məlumat yayıb.
 
Prokazan.ru saytının verdiyi məlumata görə, Rusiya FTX-nin Tatarıstan Respublikası üzrə İdarəsi terrorçu təşkilata qoşulmaq üçün Suriyaya gedən üç Rusiya vətəndaşının adını açıqlayıb.
 
Onların arasında azərbaycanlı, 1990-cı il təvəllüdlü Quliyev Malik Seyfulla oğlu da var.
 
FTX-dən onların artıq Suriyada olduğu və barələrində Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Qanunsuz silahlı qruplaşmaların fəaliyyətində iştirak etmək" maddəsi ilə cinayət işi açıldığı qeyd olunub.(apa)

Google+ WhatsApp ok.ru