Rusiya hərbi gəmisi Türkiyə sularında yük gəmisi ilə toqquşdu - 15 nəfər axtarılır

Rusiya hərbi gəmisi Türkiyə sularında yük gəmisi ilə toqquşdu - 15 nəfər axtarılır

Qara dənizdə Rusiyaya məxsus hərbi gəmi yük gəmisi ilə toqquşub.
 
Trend-in məlumatına görə, hadisə Türkiyə sahilindən 29 kilometr məsafədə baş verib.
 
Qəza yerinə Türkiyənin sahil-mühafizə xidmətinin xilasediciləri cəlb edilib.
 
Son məlumata görə, 45 rusiyalı hərbçini xilas etmək mümkün olub. Hazırda daha 15 nəfərin axtarışları davam edir.
 

Google+ WhatsApp ok.ru