Rusiya hava qoşunlarını geri çəkmir

Rusiyanın Suriyada son altı aydır göstərdiyi fəaliyyəti başa çatdıracağı açıqlamasından sonra terrorçuların nəzarətindəki şəhərlərdə əməliyyatlar keçirilib. 
 
Maide.az "Al-Masdar"a istinadən xəbər verir ki, Rusiya yalnız əksəriyyəti Lazkiyədə olan quru qoşunlarını geri çəkməyi planlaşdırır, Suriyadakı hava qüvvələri isə qalır. 
 
Rusiya və Türkiyə arasında baş verən təyyarə böhranından sonra Suriyaya yerləşdirilən S-400-lərin də Suriyada qalacağı bildirilir. S-400-lərin nəzarət altında saxlandığı sahənin Suriya Ordusu tərəfindən tamamilə təhlükəsiz hala gətirildiyi qeyd edilib. Lazkiyədə olan Rusiya Dəniz Qüvvələrinin isə bu səbəbdən işsiz qaldığı qeyd olunur. 
 
Bu arada isə Suriya Ordusunun İdlibə yaxınlaşdığı və strateji əhəmiyyətə malik Cisr əl-Şuğurun 15 km-liyində olduğu vurğulanır. Əl-Nusra, Əhraruş-Şam və Əl-Əqsa Briqadalarına qarşı keçiriləcək əməliyyatlarda Rusiya Hava Qüvvələrinin dəstəyinin davam edəcəyi qeyd edilir.

Google+ WhatsApp ok.ru