Rusiya hökumət çevrilişinə cəhddə ittiham edildi

Rusiya hökumət çevrilişinə cəhddə ittiham edildi

2016-cı ilin oktyabr ayının 16-da Çernoqoriyada dövlət çevrişinin planlanmasında Rusiya xüsusi xidmət orqanlarının əli var. 
 
FaktXeber.com-un Meduza-ya istinadla məlumatına görə, bu barədə Çernoqoriyanın xüsusi prokuroru Milivoye Katniç bəyan edib.
 
Katniçin sözlərinə görə, bununla bağlı onlar Moskvadan izahat almağa ümid edirlər: "Nəticələr hadisənin fiqurantlarının ifadələri və onların danışıqları əsasında hazırlanıb".
 
Xüsusi prokuror iddia edir ki, çevriliş cəhdinin təşkilatçısı Eduard Şirokovun yenganə motivi Çernoqoriyanın NATO-ya girməsinə əngəlləmək olub.
 
Katniç bildirir ki, Şirokov  2014-cü ildə  Rusiyanın Polşadakı səfirliyində işləyib və casusluğa görə çıxarılıb. Lakin sonra Rusiya xüsusi xidmət orqanları ona yeni sənədlər verib. Katniç iddia edir ki, Şirokov Rusiya xüsusi xidmət orqanlarının üzvüdür.
 
Xatırladaq ki, Çernoqoriya prokurorluğu ötən ilin oktyabr ayının 16-da  mütəşəkkil dəstənin ölkənin baş naziri Milo Cukanoviçə sui-qəsd planlaşdırdığını barədə məlumat verib. Çevrilişə cəhddə şübhəlilər siyahısında Rusiya vətəndaşı  Eduard Şirokovun adı da olub.

Google+ WhatsApp ok.ru