Rusiya kosmik agentliyinin rəhbərləri saxlanıb

Rusiya kosmik agentliyinin rəhbərləri saxlanıb

Rusiyanın Energia Raket və Kosmik Korporasiyasının direktor müavini və rəhbərliyindən daha iki nəfər dələduzluğa cəhddə şübhəli bilinərək həbs olunublar.
 
Rusiya İstintaq Komitəsinin avqustun 19-da bildirməsinə görə, Energia-nın direktor müavini Aleksei Beloborodov və onun iki köməkçisi dələduzluq cəhdində şübhəli bilinərək həbs olunublar.
 
Rusiyanın TASS dövlət xəbər agentliyinin məlumatına görə, Beloborodov 2016-cı ildən Energia-da işləyir, ondan öncə 13 il orduda xidmət edib.
 
Energia Rusiya kosmik sənayesində əsas oyunçudur, Soyuz və Progress kosmik gəmilərini hazırlayır, həmçinin ballistik raketlər buraxır.
 
İstintaq Komitəsinin bildirməsinə görə, həbslər Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) “fəal yardımı ilə” aparılan istintaq çərçivəsində gerçəkləşdirilib.
 
Rusiya mediası yazıb ki, FSB “vətənə xəyanət” üzrə istintaq çərçivəsində Rusiya kosmik agentliyində bir neçə axtarış aparıb.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru