Rusiyalıların Ermənistana xarici pastportsuz girişinə icazə verilə bilər

Ermənistan Rusiya vətəndaşlarının ölkəyə xarici pastportsuz girişinə icazə verməyi planlaşdırır.
 
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Ərazi İdarəetmə və Fövqəladə Hallar Nazirliyinin Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeqanyan deyib.
 
Onun sözlərinə görə, Rusiya vətəndaşlarının girişi üçün yalnız daxili pasport kifayət edəcək: "Məsələnin texniki və hüquqi tərəfləri qısa müddətdə həll ediləcək"./
 

Google+ WhatsApp ok.ru