Rusiyanın AN-12 təyyarəsinin qəzaya uğradığı yerdə 40-dan çox cəsəd var

Rusiyanın yük təyyarəsi Cənubi Sudanda qəzaya uğrayıb.
 
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təyyarədə 5 ekipaj üzvü və 7 sərnişin olub.
 
Cuba şəhərində baş vermiş qəza nəticəsində yalnız iki sərnişin, o cümlədən bir uşaq sağ qalıb.
 
Şahidlərin sözlərinə görə, AN-12 təyyarəsinin qəzaya uğradığı yerdə 40-dan çox insan cəsədi var./
 

Google+ WhatsApp ok.ru