Rusiyanın kosmik yük gəmisi qəzaya uğrayıb - VİDEO

Rusiyanın kosmik yük gəmisi qəzaya uğrayıb - VİDEO

Gəminin qalıqları Tuva ərazisinə düşüb
 
Rusiyanın "Proqress MC" kosmik yük gəmisi qəzaya uğrayıb.
 
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, orbitə buraxılmış gəminin qalıqlarının Tuva Respublikası ərazisinə düşdüyü ehtimal edilir.
 
Qalıqların bu əraziyə düşməsinə dair məlumat hadisə şahidlərindən əldə olunub. Hazırda o, dəqiqləşdirilir.
 
Yeni seriyalı "Proqress MC-04" yük maşınlı "Soyuz-U" raket daşıyıcısı Baykonur kosmodromundan Beynəlxalq Kosmik Stansiya (BKS) istiqamətində cümə axşamı Bakı vaxtı ilə 17:52-də yola düşüb.
 
Gəmi BKS-ə təqribən 2,5 ton yük aparmalı idi. /

Google+ WhatsApp ok.ru