Rusiyanın növbəti prezidenti kim ola bilər?- Sorğu 21 Avqust 2017 01:00 Dünya Rusiyanın “Peterburqskaya Politika” Fondunun ekspertləri Prezident Vladimir Putinin bu vəzifədə varislərinin reytinqini tərtib edib. Siyahıya Rusiya hökumətinin sədri Dmitri Medvedev və Moskva meri Sergey Sobyanin başçılıq edir. Üçüncü və dördüncü yerlərdə Tula vilayətinin qubernatoru Aleksey Dyumin və müdafiə naziri Sergey Şoyqudur. Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də siyahıya daxil edilib. Çeçenistanın başçısı Ramzan Kadırov reytinqdə 13-cü, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalni 18-ci yerdədir. “Kommersant” qəzeti yazır ki, siyahı tərtib olunarkən siyasətçilərin nailiyyətləri və uğursuzluqları, ictimaiyyət arasında nüfuzu, fəallığı, ölkə Prezidenti ilə görüşlərinin müntəzəmliyi və digər məsələlər nəzərə alınıb. (azərtac) / Teqlər : #Rusiyanın növbəti prezidenti kim ola bilər? Sorğu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dəməşq Beynəlxalq Sərgisinə raketli hücum: ölən və yaralananlar var `Ümumdünya Məscidlər Günü` sionist rejimin cinayətlərinin daha bir sübutu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO