Rusiyanın silah anbarındakı yanğın dayanıb

Rusiyanın silah anbarındakı yanğın dayanıb

Rusiyanın Krasnoyarsk regionunun hökumət administrasiyasının avqustun 6-da bildirməsinə görə, silah anbarındakı partlayışlar dayanıb. Xəbəri TASS agentliyi yayıb.
 
“İki saat öncəyədək partlayış səsləri gəlirdi. Daha gəlmir. Partlayışlar dayanıb”, – administrasiya bildirib.
 
Avqustun 5-də Sibirdəki Rusiya hərbi bazasının silah deposunda bir neçə partlayış baş verib, 12 nəfər xəstəxanaya yerləşdirilib, 20 kilometr radiusda yaşayanlar köçürülüb.
 
Rusiyanın Müdafiə Nazirliyi avqustun 5-də bildirib ki, Krasnoyarsk Ərazi Arsenalındakı yanğını söndürməyə uzaqdan idarə olunan 14 robot göndərilib.
 
Dünyanın Çindən kənarda ən böyük alüminium istehsalçısı olan Rusal Açinsk rayonundakı alüminium zavodunda əməliyyatları dayandırdığını, bütün əsas heyəti evakuasiya etdiyini bildirib.
 
Bu emal zavodu partlayışların baş verdiyi hərbi bazanın 30 kilometrliyində yerləşir. /azadliq.org

Google+ WhatsApp ok.ru