Rusiya nüvə qoşunlarını hazırlıq vəziyyətinə gətirdi

Rusiyanın Strateji Təyinatlı Raket Qoşunları (STRQ) ölkənin 9 regionunda genişmiqyaslı təlimə başlayıblar.
 
STRQ-nin mobil qruplaşması üçün bu, tarixdə ən böyük təlimdir.
 
Bu gün İrkutsk vilayətində, həmçinin Mari-El respublikasında “Topol-M” raketləri öz anqarlarını tərk ediblər.
 
Eyni vaxtda Tver, İvanovsk, Kirovsk vilayətlərində, Altay diyarında nüvə başlıqlı raketlər daşıyan “Topol”lar döyüş növbətçiliyinə çıxıblar. Rusiyada ən böyük təlimlərdə 700-ə yaxın hərbi texnika, o cümlədən “Topol”, “Topol-M” və “Yars” kimi bütün mobil raket kompleksləri cəlb olunub.

Google+ WhatsApp ok.ru