Rusiya qırıcıları Ermənistan səmasında

Ermənistanın paytaxtında yerləşdirilən Erebuni Rusiya aviabazasının təyyarəçiləri Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş paradda iştirak edəcəklər.  
 
Bu barədə TASS-a Cənubi hərbi əyalətin mətbuat xidmətindən bildiriblər.
 
“Dördüncü nəsil müasir cəbhə qırıcıları Miq-29 ilk dəfə hərbi qayda ilə İrəvanın Qələbə parkı üzərindən uçacaq. Bununla yanaşı, 200 Rusiya hərbçisi şəhərin mərkəzində təntənəli yürüş edəcək”, - əyalətdən bildiriblər.
 
Bundan başqa, Gümrü şəhərində 800-dən çox hərbçi və 200-ə yaxın hərbi texnika Qələbənin yubileyinə həsr edilmiş paradda iştirak edəcək.
 
Gümrü və İrəvanda hərbi texnika kolonlarının, qırıcıların uçuşları ilə paradların məşqləri 5 və 7 mayda Ermənistanda yerləşən Rusiya hərbi bazasının komandiri general-mayor Vladimir Ustinovun başçılığı altında keçəcək.
 
Qeyd edək ki, Ermənistanın özünün qırıcı aviasiyası yoxdur.

Google+ WhatsApp ok.ru