Rusiya İrandan gündə 500 min barel neft idxal edəcək 06 İyun 2015 01:00 Dünya İranın neft naziri Bijən Namdar Zəngənə Vyanada keçirilən OPEK-in iclasından İrana dönərkən deyib ki, Rusiya bu həftədən İrandan gündəlik 500 min barel neft idxal edəcək. Maide.az Blombergə istinadən məlumat verir ki, İranın neft naziri B. N. Zəngənə deyib ki, ümidvarıq ki, gələn həftə ilk neft yükü İrandan Rusiyaya ixrac olunsun. Zəngənə bildirib ki, neft idxalının əsas hissəsi nağd ödəmə şəklində olacaq və İran bu vəsaiti Rusiyadan polad, buğda və digər neft məmulatlarının satın alınmasına istifadə edəcək. B.N.Zəngənə həmçinin qeyd edib ki, nağd vəsait qarşılığında İrandan gündəlik minimum 500 min barel neft idxalı ilə bağlı Rusiyanın energetika naziri Aleksandr Novakla Avstriya paytaxtı Vyanada anlaşma əldə olunub. İranın neft naziri bildirib ki, Rusiya İranla neftin satın alınması qarşılığında müxtəlif layihələrdə əməkdaşlıq edəcəyi ehtimal olunur./ Teqlər : #Rusiya İrandan gündə 500 min barel neft idxal edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Olland da Avropa oyunlarını boykot etdi Türkiyədə ara qarışdı: 15 yaralı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO