Rusiya İran üçün Yerin məsafədən zondlaşdırılması peyki hazırlayacaq

Rusiyanın VNİİEM (ВНИИЭМ) – BARL ("БАРЛ") elmi-istehsalat kompleksi korporasiyası və İranın “Boniyan Daneş Şərq” şirkəti arasında İranın maraqlarına uyğun Yerin məsafədən zondlaşdırılması üçün kosmik sisteminin işlənib hazırlanması, yaradılması və sonrakı istismarı haqqında saziş imzalanıb.
 
Sənədi  Rusiya tərəfindən korporasiya rəhbərləri  Leonid Makridenko və Sergey Baskov, İran tərəfindən isə “Boniyan Daneş Şərq” şirkətinin rəhbəri Əli Reza Zolali imzalayıblar.
 
Layihə üzrə əsas qurum “BARL” elmi-istehsalat kompleksi İranın Yerin məsafədən zondlaşdırılması kosmik sisteminin yerüstü infrastrukturunun hazırlanmasını və inteqrasiyasını təmin edəcək.  
 
VNİİEM (ВНИИЭМ)  isə kosmik aparatın hazırlanmasını  və Rusiyanın daşıyıcı raketi vasitəsilə orbitə buraxılmasını təmin edəcək.  
 
İranın “Boniyan Daneş Şərq” şirkəti isə, öz növbəsində, Yerin məsafədən zondlaşdırılması sisteminin operatoru vəzifəsini icra edəcək.
 
Leonid Makridenko bu sazişin hələlik ilkin razılaşma olduğunu, əsas kontraktın isə ilin sonunadək imzalanacağını bildirib.
 
“Peyk bizim kosmik aparatla “Soyuz” daşıyıcı raketin vasitəsilə orbitə buraxılacaq. Aparat təkmilləşdirilmiş  “Kanopus” peyk platformasının bazasında yaradılacaq”, deyə Makridenko qeyd edib.   
 

Google+ WhatsApp ok.ru