Rusiya İraqa silah tədarük edəcək

Rusiya İraqa silah tədarük edəcək

Rusiya İraqa hərbi məhsulların tədarükü üçün mövcud müqavilələri həyata keçirəcək.

Maide.Az xəbər verir ki, bunu iraqlı həmkarı Məhəmməd Əli əl-Hakim ilə aparılan danışıqların nəticələrinə görə, Bağdada rəsmi səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov söyləyib.

RİA Novosti Rusiya Xarici İşlər Nazirinin sözlərini sitat gətirərək qeyd edib: "Apreldə baş tutan ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın qərarlarının, habelə Rusiya hərbi məhsullarının İraqa tədarükü üçün mövcud müqavilələrin yerinə yetirilməsinin zəruriliyi ilə əlaqədar ortaq bir fikrimiz var."

Xatırladaq ki, Rusiya və İraq uzun illərdir hərbi-texniki sahədə əməkdaşlıq edir. 2014-cü ildə ölkələr 4 milyard dollardan çox dəyərində silah tədarükü haqqında müqavilə imzalayıblar.

Bundan əlavə rus mütəxəssisləri İraq ordusunun kadrlarını hazırlığını və öyrədilməsini həyata keçirir.

Google+ WhatsApp ok.ru