Rusiya İstintaq Komitəsinin rəhbəri: Yatsenyuk Çeçenistanda döyüşüb 09 Sentyabr 2015 01:00 Dünya Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırkin bildirib ki, qurumun əldə etdiyi məlumata əsasən, Ukraynanın baş naziri Arseni Yatsenyuk birinci çeçen müharibəsində Rusiya ordusuna qarşı döyüşüb. Bu barədə Aleksandr Bastırkin “Rossiyskaya gazeta”ya müsahibəsində bildirib. “Arseni Yatsenyuk azı iki silahlı toqquşmada– 1994-cü ilin dekabrın 31-də Qroznının Minutka meydanında və 1995-ci ilin fevralında Qroznı 9 saylı şəhər xəstəxanasının qarşısında döyüşlərdə iştirak edib. Bundan başqa o 1995-ci ilin yanvarın 7-də Qroznı şəhərinin Oktyabr rayonunda rusiyalı hərbçilərinə işgəncə verilməsinə və güllələnməsində iştirak edib”, deyə Bastrlkin qeyd edib. Bastırkinin sözlərinə görə, Yatsenyuk rusiyalı hərbçilərini qətlə yetirdiyinə görə hətta Cövhər Dudayevin “Millətin şərəfi” ordeni ilə təltif edilib. Teqlər : #Rusiya İstintaq Komitəsinin rəhbəri: Yatsenyuk Çeçenistanda döyüşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həmid Kərzay: Qərb terrorla mübarizədə Rusiya və Çinlə birləşməlidir İran sazişini dəstəkləyən senatorlar 41 oldu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO