Rusiya Suriya ilə neft və enerji sahəsində əməkdaşlığını artırır

Rusiya Suriya ilə neft və enerji sahəsində əməkdaşlığını artırır

Rusiya baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyəti Suriya prezidenti Bəşşar Əsədlə görüşüb. 
 
Maide.Az xəbər verir ki,  görüşdə B.Əsəd deyib ki,Ruisya sanksiyalar və müharibə nəticəsində Suriya xalqına yönələn acı və ağrıların azalmasında böyük rol oynayıb. 
 
Görüşdə həmçinin D.Raqozin bildirib ki, Rusiya  Suriya ilə hərbi əməkdaşlıqdan başqa həmdə  iqtisadi, elmi və ticari  sahədə əməkdaşlığı inkişaf etdirməklə Suriya xalqına dəstək olmaqda maraqlıdır. “Rusiyanın  Suriya hökuməti və xalqına  siyasi, iqtisadi və hərbi dəstəyindən məqsədi  terrorizm qarşısında sütünları daha da möhkəmləndirməkdir.”
 
Görüşdə Rusiya və Suriya  iqtisadi və ticari sahədə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də  neft və enerji sahəsində sərmayə yatırılması  haqqında razılıq əldə etdilər. 
 
Qeyd edək ki, D. Roquzini Suriya səfərində  Rusiya XİN-nin müavinləri, müdafiə naziri və parlamentin bir neçə deputatı müşaiyət edir. (sana)

Google+ WhatsApp ok.ru