Rusiya Türkiyədən Suriyaya silah daşıdığı iddia olunan TIR-ların videosunu paylaşdı

Rusiyanın Müdafiə Nazirliyinə məxsus pilotsuz kəşfiyyat təyyarəsi Türkiyədən Suriyanın Hələb və İdlib bölgələrindəki terrorçulara silah daşıyan TIR karvanlarını qeydə alıb.
 
 
Deyerler.Org Sputnik-ə istinadən xəbər verir ki, Rusiyanın Suriyadakı atəşkəs monitorinq mərkəzinə məlumat verən yerli sakinlər, ölkəyə yeni silahlı terror qruplarının daxil olması məlumatını veriblər.
 
 
Suriya prezidenti Bəşər Əsədin müşaviri Buseyna Şaban son 2 ayda Türkiyədən 8 min terrorçunun ölkəyə keçdiyini açıqlamışdır.
 
 

Google+ WhatsApp ok.ru