Rusiya və Çin İranla hərbi əməkdaşlıqlarını genişləndirir 14 Noyabr 2016 02:00 Hərb Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri: Belə danışıqlar aparılır, portfel təxminən 10 milyard dollar təşkil edir İran Rusiya silah və texnikasının, o cümlədən T-90 tanklarının, artilleriya sistemlərinin, təyyarə və helikopterlərin təchizatında maraqlıdır. RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Ozerov bildirib. "Belə danışıqlar aparılır, portfel təxminən 10 milyard dollar təşkil edir", - deyə Federasiya Şurasının tərkibində İranda səfərdə olan senator vurğulayıb. (report) İran bununla bərabər Çinlə də hərbi əməkdaşlığa dair sənəd imzalayıb. Verilən məlumata görə, sənəddə iki ölkə arasında hərbi sahədə əməkdaşlığının inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması, terrorizmlə mübarizə və kursantların təlimləri kimi məsələlər yer alıb. Sazişi Tehranda rəsmi səfərdə olan Çin müdafiə naziri Çanq Vanquanla İran müdafiə naziri Hüseyn Dehqan imzalayıb. Qeyd edək ki, 3 günlük səfər zamanı Ç. Vanquan İranın yüksək vəzifəli şəxsləri ilə görüşəcək. Müzakirələr zamanı əsasən hərbi sahədə ikitərəfli əlaqələrin inkişafına və beynəlxalq məsələlərə diqqət yetiriləcək. (apa) / Teqlər : #Rusiya və Çin İranla hərbi əməkdaşlıqlarını genişləndirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər başlayıb - FOTO Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri irimiqyaslı təlimlərdə iştirak edir
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'