Rus ordusu dünyanı lərzəyə salmağa hazırlaşır

Rusiya Silahlı Qüvvələri tarixinin ən böyük modernizasiyasını həyata keçirir. Amerika "National Interest" saytı uzun fasilədəsn sonra yenilənməyə başlayan və sahədə böyük addımlar atan rus ordusunu qış yuxusundan oyadan ayıya bənzədib.
 
"Qış yuxusundan oyanan ayı kimi rus ordusu yenidən silahlanma proqramı ilə onlarla il davam edən məsuliyyətsizlikdən qurtulur. Yeni proqram ordunu Avrasiyanın ən güclüsü etməyi planlaşdırır.
 
T-14 Armada tankı və Kurganets piyada döyüş maşınlart proqramın tərkib hissəsdir və may ayının 9-dakı paradda qiymətləndiriləcək. Saytın yazdığına görə, bu silahlar ilk dəfə paradısn gecəə təlimi zamanı görüntülənib.
 
"Armata-nın T-72, T-80 və T-90 tankları olacaq. "Armata"ya 125 milimetre əsas top ilə quraşdırılmış yeni insansız qüllə yerləşdiriləcək. Tank avtomatik yükləyici ilə təhciz ediləcək. Bununla da heyət sayı 3-ə enəcək".
 
Amerikanın yazdığına görə, "Kurganets" döyüş maşını xarici görünüşünə görə "Bradley", "Warrior" və "CV-90" kimi modellərə bənzəyir. Maşın 30 milimetr avtomatik top və kornet sisteminin 4 ədəd tank əleyhinə raket ilə təhciz ediləcək.
 
"Armata" və "Kurganets"lə bərabər 300 milimetr mərmi istifadə edilən uzaq məsafəli raket kompleksi "Smerç" ilə "Koalitsiya-SV" qundağı motorlu topçu sistemə də diqqət çəkilib.
 
Xatırladaq ki, Rusiyanın müdafiə naziri Serqey Şoyqu özü də Böyük vətən müharibəsində əldə edilən qələbənin 70 illiyi münasibəti ilə keçirilən paradda müasir texnikanın ən yeni, heç kimin görmədiyi nəaliyyətlərini görməyin mümkün olacağını açıqlamışdı.

Google+ WhatsApp ok.ru