Rus politoloqdan müharibə proqnozu: `Qarabağ müharibəsi hər an başlaya bilər` 06 Avqust 2014 01:00 Hərb "Dağlıq Qarabağda müharibə qaçılmazdır. Gec-tez bu baş verəcək. Cəbhədəki son hadisələr bir daha onu göstərdi ki, istənilən an müharibə başlaya bilər". Bunu rusiyalı politoloq Aleksandr Xramçixin Azərbaycan-Ermənistamn sərhədində son vaxtlar gedən döyüşləri şərh edərkən bildirib. O, bildirib ki, hazırda Dağlıq Qarabağ ətrafında baş verənlər haqqında dəqiq, konkret fikir söyləmək çox çətindir. Politoloqun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə planlaşdırılan görüşü konkret nəticə verməyəcək. Qeyd edək ki, avqustun 8-9-da Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə görüşü gözlənilir. Teqlər : #Rus politoloqdan müharibə proqnozu: `Qarabağ müharibəsi hər an başlaya bilər`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Ordusu daha bir əsgərini itirib Cəbhədən YENİ XƏBƏR: ermənilər daha bir hərbçimizi vurdu
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'