Rustavi şəhərində mövlud və Vəhdət həftəsi münasibətilə tədbir - FOTO

Rustavi şəhərində mövlud və Vəhdət həftəsi münasibətilə tədbir - FOTO

Bu gün,Gürcüstanın Rustavi şəhərində Həzrət Muhəmməd Peyğəmbərin (s) və  İmam Cəfər Sadiqin (ə) doğum günü, eləcədə  Vəhdət həftəsi münasibəti ilə bayram tədbiri keçirilib. 
 
Maide.Az xəbər verir ki,  mərasimdə ilk olaraq  Quran tilavət olunub. Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov təbrik və salamlaırnı çatdırdıqdan sonra İslam Peyğəmbərinin (s) ümməti hesab olunan müsəlmanların vəzifələrindən, bu gün dünyada müsəlmanların vəziyyətindən, ümmətin üzərinə düşən məsuliyyətlərdən danışıb.
 
O  qeyd edib ki, “Tarix boyu dinimizin düşmənləri müxtəlif vasitələrlə O Həzrəti və gətirdiyi din və kitabı gözdən salmaq üçün hər yola əl atsalar da buna nail ola bilmədilər.  "Son dövrlərdə artıq düşmənlər dinimizi gözdən salmaq üçün ümməti parçalamaq, bir-birinin canına salaraq zəiflədib aradan aparmağı qarşılarına məqsəd qoydular. Onların eyni zamanda hədəfləri dinin ardıcıllarını gözdən salmaqla mənsub olduqları dinə fobiya (qorxu) yaratmaq, insanları Həzrət Muhəmmədin (s) gətirdiyi İslam dinindən hürkütməkdən ibarətdir. Bəli etiraf etməliyik ki, biz müsəlmanlar bəhanə verdik, onlar isə siyasət yürütdülər. Artıq bizim ayılmaq vaxtımızdır. Özünü onun ümməti hesab edən müsəlmanlar sözlərində, iman və əməllərində düz və dürüst olmaqla O Həzrəti düzgün təmsil etməlidirlər. Eyni zamanda bir olub səmimi vəhdət şəkilində həmrəy olmalıdırlar. Biz vəhdəti kiməsə göstərmək üçün deyil, siyasət xətrinə  yox məncə səmimi etsək nəyəsə nail olarıq.”
 
Sonra BGMİ-nin Şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyev, Türkiyə səfirliyinin din müşaviri Hacı Nəbi Gümüş və Əl-Mustafa Universitetinin Gürcüstan üzrə nümayəndəsi Hacı Davud Zare, İran səfirlik rəsmisi Müctəba Kamranfərd və başqaları çıxış edərək Allahın rəsulu, Peyğəmbərlərin xatəmi Həzrət  Muhəmmədin (s) həyat tərzindən, onun insanlığa verdiyi örnəklərdən və sifarişlərdən söhbət açaraq, onun ümməti hesab olunan müsəlmanların bu günkü vəziyyətindən və bu hala düşmələrinin səbələrindən danışdılar.
 
Bayram tədbiri mərasimə dəvət olunan Əhli-beyt məddahları  dini İlahilər və şeirlər oxudular.
 
Sonda qonaqlar  bayram süfrəsi ətrafında bir araya gəldilər. Onlara dini təqvimlər, jurnal və posterlər hədiyyə olundu.
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru