Türkiyədən Azərbaycana gələn TIR-lar yolda qalıb

Türkiyədən Azərbaycana gələn TIR-lar yolda qalıb

Güclü qar və yolların buz bağlaması səbəbindən Türkiyədən Azərbaycana və Türkmənistana yük daşıyan çoxlu sayda ağırtonnajlı yük maşını Türkiyənin İranla sərhədində, dağlıq bölgədə qalıb.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, güclü qardan sonra Ağrı-İran və Doğubeyazit-Çaldıran yolları buz bağlayıb. Nəticədə Gürbulak sərhəd-keçid məntəqəsindən keçib İran, Türkmənistan və Azərbaycana yük dşıyan çoxlu sayda TIR yolda qalıb.
 
Maşınlar Ağrə-İran yolunun 20-ci kilometrliyindəki Tendürek keçidində  ilişib qalıblar və kilometrlərlə uzunluğunda tıxac yaradıblar. Yolun qar və buzdan təmizlənməsi üçün çoxsaylı texnika cəlb edilib. Ancaq bu gün daha bir qar fırtınası gözlənilir.
 

Google+ WhatsApp ok.ru