Rza Ağalı Qobustan qapalı tipli CÇM-ə köçürülür

Masallıda əsassız ittihamlarla həbs olunaraq 7 il azadlıqdan məhrum edilən Rza Ağalı Qobustan qapalı cəza çəkmə müəssisəsinə göndərilir 
İslamazeri.az-a daxil olan məlumata görə, avqust ayının 7-də 14 saylı CÇM daxilində R.Ağalının məhkəməsi keçirilib. Məhkəmənin qərarı ilə o Qobustan qapalı tipli CÇM-ə göndərilir. Hələ ki, Rza Ağalının "krıtı"-da saxlanma müddəti dəqiq məlum deyil.  
Rza Ağalı həbsxanada azan dediyi üçün dəfələrlə cərimə kamerasına (kars) salınıb Həmçinin 14 saylı CÇM-ə göndərildikdən sonra "tubzon"a aparılaraq işgəncəyə məruz qalmışdı.  
 Məhkumun yaxınları bildirir ki, Rza Ağalının "krıtı"ya göndərilməsi 14 saylı CÇM-in rəhbərliyi istəyib. Səbəb kimi isə dustaqlar arasında İslam dinini təbliğ etmək, məhbusları namaz qılmağa dəvət etməsidir. /
 

Google+ WhatsApp ok.ru