Səudiyyə Ərəbistanında İŞİD başçısı Əbubəkr Bağdadi adına küçə

Ramazan ayının ilk günlərindən etibarən İraq və Suriya ərazisində “İslami Xilafət” yaratdığını elan edən İŞİD terrorçu qruplaşması  Səudiyyə Ərəbistanın  Əl-Riyad şəhərindəki küçələrin birinin fotosunu yayıb və  bu küçənin  “Əbubəkr  əl-Bağdadi”nin adına  verildiyini bildirib.
Maide.az-ın məlumatına görə, İŞİD təkfirçi qruplaşması Əl-Riyad şəhərinin  əl-Muroc məhəlləsindən peyklə çəkilmiş bir şəkil yayımlayıb və bildirib ki, bu məhəllədəki küçəyə Əbubəkr Bağdadi adına verilib.
Məlumata əsasən, Səudiyyə Ərəbistanında küçənin Bağdadinin adına verilməsi “İslami Xilafət” elan olunduqdan sonra verilib.

Google+ WhatsApp ok.ru